Dünya

Gürcüstan prezidenti maaşından niyə imtina edib?

14 Yanvar 2019 10:06
0 Şərh     Baxış: 2 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, maaşından imtian edir.

Milli.Az modern.az-a istinadla xəbər verir ki, prezident öz himayəsi altında ictimai fond yaratmağı, maaşını ora köçürməyi, fond vasitəsilə xeyriyyə tədbirlərinə xərcləməyi planlayır.

Hələ ki bunun hüquqi forması üzərində iş getdiyini deyən Zurabişvili ümid etdiyini bildirib ki, başqaları da ondan nümunə götürəcək.

66 yaşlı Zurabişvili həm Gürcüstan, həm də Fransa vətəndaşıdır. O, Fransada pensiya alır.

Prezident deyib ki, Fransa pensiyası ona dolanmaq üçün bəs edəcək.

Bundan əvvəl Zurabişvili Prezidentin Ehtiyat Fondunu ləğv etmişdi.

Həmin fonda dövlət büdcəsindən ayrılan 2 milyon dollar əvvəlki prezidentlərin dövründə onların himayə etdiyi müxtəlif layihələrə xərclənirdi.

Zurabişvili 2018-ci ilin prezident seçkilərində qalib gəlib. Gürcüstan tarixində ilk qadın prezidentdir.

O, Parisdə doğulub, Fransaya sığınmış siyasi mühacirlərin nəslindəndir.

Əvvəl Fransanın Gürcüstandakı səfiri olub.

2004-cü ildə o zamankı prezident Saakaşvili onu xarici işlər naziri təyin etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.