Dünya

İran XİN: "ABŞ harada peyda olursa, orada xaos, haqsızlıq hökm sürür"

14 Yanvar 2019 09:16
0 Şərh     Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın xarici siyasəti yalnız xaos və repressiya yayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın dövlət katibi Maykl Pompeonun anti-İran bəyanatına cavabında deyib.

Nazir bildirib ki, ABŞ harada peyda olursa, orada xaos, repressiya, haqsızlıq hökm sürür:

"İran Birləşmiş Ştatların "müştəri"lərinə və Pompeonun "insan hüquqları müdafiəçilərinin nümunələri" adlandırdığı keçmiş şah və ya indiki başkəsənlərə oxşamağa başlasa, ölkə cəhənnəmə çevriləcək".

M.C.Zərif ABŞ-ı İranı itirməsi həqiqəti ilə barışmağa çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.