Dünya

Tramp: "ABŞ qoşunlarının Suriyadan çıxarılmasına başlanıb"

14 Yanvar 2019 09:08
0 Şərh     Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ştatlar İŞİD terror qruplaşmasının Suriyada qalan yaraqlıları ilə mübarizə apara-apara, öz hərbi kontingentini bu ölkədən çıxarmağa başlayır.

Milli.Az bildirir ki, "Report" TASS-a istinadən xəbər verir ki, bunu bazar günü ABŞ prezidenti Donald Tramp öz "Twitter" mikrobloqunda yazıb.

"Suriyadan çoxdan edilməli olan qoşunların çıxarılmasına başlayırıq. Lakin bununla yanaşı İŞİD-in ərazi xilafətinin qalıqlarına müxtəlif istiqamətlərdən hücumları davam etdiririk", - o bildirib.

Halbuki daha əvvəl ABŞ hərbçilərinin ilk qrupununun Suriyadan çıxarıldığı bildirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.