Dünya

Mer səhnədə bıçaqlandı - Polşada - VİDEO - FOTO

14 Yanvar 2019 10:54
0 Şərh     Baxış: 1 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşanın Qdansk şəhərinin meri Pavel Adamoviç xeyriyyə konsertində hücuma məruz qalıb.

Milli.Az TVP İnfo-ya istinadən bildirir ki, merin mətbuat katibi Maqdalena Skorupka-Kaçmarekin verdiyi məlumat görə, xəstəxanaya aparılmış merin vəziyyəti indi çox ağır, kritikdir.

Xeyriyyə konserti əsnasında səhnədə mer P.Adamoviç çıxış edərkən qəflətən səhnəyə qalxan şəxs merə bir neçə bıçaq zərbəsi vurub.

Gazeta Wyborcza-nın məlumatına görə, meri bıçaqlayan şəxs adının Stefan olduğunu deyib. O, mikrofonu qaparaq qışqırıb: "Heç bir günahım olmadığı halda həbsxanaya salındım, həbsdə qaldım. Məni "Vətəndaş platforması" işgəncələrə məruz qoydu. Adamoviç məhz buna görə öləcək".

Meri bıçaqlayan adamın Stefan Halo olduğu dəqiqləşib.

Pavel Adamoviç 1998-ci ildən bəri Qdansk şəhərinin meridir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

В Польше мэра ударили ножом прямо на сцене во время благотворительного концерта

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.