Dünya

Avropa donur: 21 nəfər həlak olub - VİDEO - FOTO

14 Yanvar 2019 10:57
0 Şərh     Baxış: 2 537

Avropada anomal soyuqlar, şaxta və güclü qar yağıntıları davam edir.

Havaların həddən artıq soyuq keçməsi artıq 21 nəfərin ölümünə səbəb olub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Avropa Birliyinin bir sıra ölkələrində fövqəladə vəziyyət elan olunub.

Avstriyada qar uçqunu nəticəsində 3 turist həlak olub, bir nəfər itkin düşüb. Dağ xizəkçilərinin cəsədlərini xilasedicilər tapıblar. Qar uçqununa düşmüş 17 məktəbli xilas olunub.

Bavariyada qar uçqunu nəticəsində Balderşvanq kurortunda təxminən 2 min nəfərin ətraf aləmlə əlaqələri kəsilib.

Bolqarıstanda iki snoubordçu qar uçqununa düşərək həlak olub.

Anomal soyuqlar avtomobil yollarında da situasiyanı gərginləşdirib. Çexiyada yolların buz bağlaması və güclü qar nəticəsində yüzlərlə qəza baş verib.

Sinoptiklərin dediklərinə görə, güclü qar və sazaq hələ bir neçə gün davam edəcək.

Belarus, Avstriya, Serbiya, Yunanıstanda da havalar çox soyuyub.

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Avropa donur: 21 nəfər həlak olub - 1

Avropa donur: 21 nəfər həlak olub

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.