Dünya

Bu ölkədə fövqəladə vəziyyət rejimi ardıcıl altıncı dəfə uzadılıb

13 Yanvar 2019 22:04
0 Şərh     Baxış: 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirin Nümayəndələr Palatası (parlament) bazar günü ardıcıl 6-cı dəfə prezident Əbdül Fəttah Əs-Sisinin ölkədə fövqəladə vəziyyət rejiminin fəaliyyətinin daha 3 ay müddətinə uzadılması barədə fərmanını təsdiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Al Youm As Sabi" portalı məlumat yayıb.

Misirdə fövqəladə vəziyyət 2017-ci ilin aprelində kamikadzelər tərəfindən ölkənin Tanta və İskəndəriyyə şəhərlərində yerləşən iki kilsədə törədilən terror aktlarından sonra tətbiq edilib. Həmin zaman 45 nəfər həyatını itirmiş, 120-dən çox insan isə yaralanmışdı. Hücumlara görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.