Dünya

Qətər ABŞ-a sərmayə yatırımını 45 milyard dollara çatdıracaq

13 Yanvar 2019 20:14
0 Şərh     Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətər İnvestisiya Fondu (Qatar Investment Authority, QIA) Avropa aktiv portfelini yenidən balanslaşdırdıqdan sonra yaxın iki ildə ABŞ-a sərmayə yatırımını 45 milyard dollara qədər artırmaq niyyətindədir.

Milli.Az report-a istinadən bildirir ki, bunu bazar günü Fondun icraçı direktoru Mənsur İbrahim əl-Mahmud deyib.

Onun sözlərinə görə, QIA hazırda ABŞ-a təqribən 30 mlrd. dollar investisiya yatırıb.

"Söhbət ABŞ bazarı üçün 45 milyard dollardan gedir <...> biz bunu növbəti iki ildə reallaşdırmaq istiqamətindəyik", - deyə "Reuters" onun sözlərini sitat gətirib.

Agentlik qeyd edir ki, Əl-Mahmuda qədər Fondun rəhbəri vəzifəsini tutan Abdulla bin Məhəmməd bin Səud əl-Tani 2015-ci ildə 5 il ərzində ABŞ-a 45 mlrd. dollar sərmayə yatırmaq niyyətində olduqlarını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.