Dünya

İsrailin Xarici İşlər Nazirliyinin binasında partlayış olub - YENİLƏNİB

13 Yanvar 2019 20:19
0 Şərh     Baxış: 1 294

20:19

Qüdsdə İsrail Xarici İşlər Nazirliyinin binasında qaz qumbarası partlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qaz qumbarasının partlaması nəticəsində gözyaşardıcı qazdan bir neçə mühafizəçi zərər çəkib.

İlkin məlumata əsasən, insident qumbaraların saxlanıldığı binanın anbarında baş verib. Hadisə yerində polis əməkdaşları işləyir, hadisənin səbəbləri araşdırılır.

Gözyaşardıcı qazın binanın digər hissələrinə yayılmasının qarşısı almaq üçün kondisionerlərin söndürülməsi təlimatlı verilib.

---------

19:39

İsrailin Xarici İşlər Nazirliyinin (XİN) binasında partlayış baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Qüds polisinin məlumatında bildirilir.

Məlumata görə, idarədə qaz qumbarasının partlaması nəticəsində gözyaşardıcı qazdan binanın bir neçə mühafizəçisi zərər çəkib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.