Dünya

Ev tapşırığını həll edə bilməyən uşağını öldürdü - Tükürpədici hadisə - FOTO

13 Yanvar 2019 17:10
10 Şərh     Baxış: 3 223

Türkiyənin İsgəndərun vilayətinin sakini öz oğlunu xəstəxanaya çatdıraraq pilləkəndən yıxıldığını iddia edib.

Milli.Az xaricimedia.com-a istinadən xəbər verir ki, həkim müayinəsindən sonra uşağın bədənində küt alətlə zərbə izləri aşkarlanıb. Ardınca uşağın atası polis tərəfindən saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, Mehmet Ali Yılmaz 2012-ci ildə ailə qurduğu və sonradan boşadığı Gülistan Özgerdən olan oğlunu döyərək ağır xəsarətlər yetirib. Dindirmə zamanı Mehmet Ali Yılmaz bildirib ki, oğlunu ev tapşırığını yerinə yetirmədiyinə görə döyüb, amma öldürmək niyyəti olmayıb. Oğlunun vəziyyətini ağır olduğunu görən ata əvvəlcə ürək masajı ilə oğlunu xilas etməyə çalışıb, amma sonradan uşağı xəstəxanaya çatdırıb. 4 gün sonra isə uşaq xəstəxanada dünyasını dəyişib.

Məlum olub ki, ata öz oğlunu süpürgənin dəmir dəstəyi ilə döyüb. Kürəyindən aldığı zərbələr uşağın daxili orqanlarını zədələyib və ölümlə nəticələnib.

Atanın ifadəsi polisləri də şoka salıb: "Dərs öyrədirdim, amma tapşırıqları düzgün yerinə yetirmirdi, onu süpürgənin dəstəyi ilə döyməyə başladım, az sonra yerə yıxıldı, qorxdum, ürək masajı etdim, amma özünə gəlmədi. Sonra xəstəxanaya apardım".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Ququ · 13 Yanvar 17:1880

    Gucun catirdi? Sen ozun nesenki usaga ders oyredirsen

    Cavab yaz
    • Anonim
      PRiNS · 13 Yanvar 19:0543

      ))Meni de 3-cü sinifde oxuyanda anam metal qulplu süpürge ile ölümcül döymüşdü. Ağrıdan gözlerim qaralırdı. Ağlaya-ağlaya birteher getdim derse. Getmesem Şahab müellim sonra divan tutardı. Beleydi, bele....

      Cavab yaz
  • Anonim
    Everest · 13 Yanvar 17:2750

    Ozu ne gundediki ovladina da ders oyretsin.Yaziq usaq allah rehmet elesin

    Cavab yaz
  • Anonim
    Dilarə · 13 Yanvar 18:0230

    İndi nə edəcək ay ata???ufff...dərsini øyrənə bilməyəni døymək lazim deyil

    Cavab yaz
  • Anonim
    gul · 13 Yanvar 19:2630

    vehwilikdir

    Cavab yaz
  • Anonim
    Zəhra · 13 Yanvar 20:1310

    Bilmirəm sənə ata demək nə dərəcədə düzgündü. İbtidai sinifdə oxuyanda atam məni başa salırdl. Amma bir dəfədə olsun məni döyməyib.

    Cavab yaz
  • Anonim
    elvo · 13 Yanvar 20:5820

    Onun başına daş düşsün.o oğlunu nə ilə döyübsə həmin şeynən ona əzab verəcəklər.inşhəAllah

    Cavab yaz
  • Anonim
    elvo · 13 Yanvar 21:0111

    Mənim bacım qardaşımda dərsdən 2 alanda atam onları döyürdü.mən dər 1 də 2 də almışam.mən dərsdən aldığım qiymətlərin çoxu 2 idi.

    Cavab yaz
    • Anonim
      Məmmədhəsən əmi · 14 Yanvar 00:5720

      Balaca, həqiqətə görə incimə: əgər atanın özünün savadı olsaydı, sizi döyməzi, dərsinizi öyrənməyə kömək edərdi.

      Cavab yaz
  • Anonim
    Süleyman · 14 Yanvar 00:5121

    Türk vəhşiliyi insanı sarsıdır. Ata öz doğma uşağına qarşı belə qəddarlıq etmək üçün insanlığını tam itirməlidir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.