Dünya

Gürcüstan-Rusiya yolu yenə bağlandı

13 Yanvar 2019 16:51
0 Şərh     Baxış: 842

Gürcüstan-Rusiya sərhədində yük maşınlarının hərəkəti yenidən qadağan edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb güclü qar yağması, yolların buz bağlaması və Yuxarı Lars yolunda, xüsusən də bəzi tunellərə yaxın ərazilərdə qar uçqunu təhlükəsinin artmasıdır.

Hazırda yolda 100-ə yaxın yük avtomobili dayanıb. Yolun nə vaxt açılacağı məlum deyil.

Yüngül minik avtomobillərinin hərəkəti bərpa olunsa da, sərhəddə tıxac yaranıb. Rusiya tərəfi Gürcüstandan gələn avtomobilləri və sərnişinləri qrip virusu ilə əlaqədar yoxlayır, bəzi təhlükəsizlik tədbirləri həyata keçirilir.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.