Dünya

ABŞ siyasətçisindən etiraf: Dünya liderliyini itiririk

13 Yanvar 2019 16:16
0 Şərh     Baxış: 506

Vaşinqton son iki ildə beynəlxalq arenada vacib oyunçu statusundan məhrum olub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu CNN-ə müsahibəsində ABŞ-ın NATO-dakı Daimi Nümayəndəliyinin keçmiş rəhbəri İvo Daalder deyib. Onun sözlərinə görə, bu statusu ABŞ-a yenidən geri qaytarmaq çox çətin olacaq:

"2017-ci ildə istənilən ölkədə Vaşinqtonun nə hazırladığı, nə fikirləşdiyi və nə edəcəyi düşünülürdü. ABŞ indi dünya liderlərinin fikirlərindəki vacib mövqeyini itirir. Mən 2021-ci ildə dünya liderlərinin ABŞ-ın nə edəcəyini əvvəlki kimi nəzərə alıb-almayacaqlarından əmin deyiləm. ABŞ Prezidenti Donald Trampın qərarları sayəsində dünyada hakimiyyət vakuumu yaranır və bunu digər dövlətlər, ilk növbədə isə Çin doldurur. Trampın dönəmində ABŞ böyük beynəlxalq ticarət razılaşmalarına maraq göstərmir. Nəticədə ABŞ artıq beynəlxalq arenada vacib oyunçu deyil. Bunu bərpa etmək isə çox çətin olacaq. Bu statusu itirməyimizin digər səbəblərindən biri müttəfiqlərimizin bizə olan inamını məhv etməyimizdir".

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.