Dünya

Amerikalılar Trampa inamı itirirlər - SORĞU

13 Yanvar 2019 14:34
0 Şərh     Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Trampın ictimaiyyət arasında reytinqi 44%-ə qədər geriləyib.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, bu nəticə "HarrisX" şirkətinin 8-11 yanvarda 3015 amerikalı arasında keçirdiyi sorğudan sonra ortaya çıxıb.

Sorğuda iştirak edən respondentlərin 56%-i Trampın fəaliyyətini dəstəkləmədiklərini bildiriblər.

Qeyd edək ki, dekabr ayında Trampın reytinqi 47% olmuşdu.

Xatırladaq ki, ABŞ-da hökumət 22 gündür bağlı vəziyyətdədir (şatdaun). Bu isə indiyə qədər qeydə alınan ən böyük göstərici sayılır. Şatdaunun yaranmasına səbəb Prezident Administrasiyası ilə Konqres arasında Meksika sərhədində təhlükəsizlik divarının çəkilişi ilə bağlı yaranan fikir ayrılığı olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.