Dünya

ABŞ almanları rəsmən təhdid etdi: Uzaq durun...

13 Yanvar 2019 14:16
0 Şərh     Baxış: 739

ABŞ-ın Almaniyadakı sədiri Riçard Qrenel bir sıra alman şirkətlərinə məktub göndərərək, onları "Şimal axını 2" layihəsindən uzaq durmağa səsləyib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Bild" qəzeti yayıb. Qrenel əks təqdirdə bu şirkətlərin ABŞ sanksiyalarına məruz qala biləcəklərini bəyan edib:

"Bilirsiniz ki, ABŞ qətiyyətlə "Şimal axını-2"yə qarşı çıxır. Qaz kəməri bizim avropalı müttəfiqlərimiz və tərəfdaşlarımız üçün ciddi geosiyasi nəticələr daşıyır. AB-nin Şərqi Avropadan olan üzvləri, Qərbi Avropada əksər hökumətlər və Kanada bu layihəyə qarşı çıxır. Bu tərəfdaşlar bizim Rusiyanın artan aqressiv davranışı və Moskvanın enerji resurslarından siyasi və iqtisadi rıçaq kimi istifadə etməsiylə bağlı narahatlığımızı bölüşürlər".

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.