Dünya

İrandan Polşaya etiraz: Ya imtina edəcəksiniz, ya da...

13 Yanvar 2019 13:58
0 Şərh     Baxış: 1 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşanın İrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumat İran XİN-in rəsmi saytında yer alıb. Ona fevralın 13-ü və 14-də Varşavada baş tutacaq Yaxın Şərq sammitiylə bağlı etiraz təqdim edilib.

Rəsmi Tehran həmçinin baş tutacaq konfransın ABŞ tərəfindən İrana qarşı düşmən xarakterli addım kimi dəyərləndirdiyini və Polşanın bu konfransın keçirilməsi məsələsində ABŞ-la olan əməkdaşlığını dayandırması gərəkdiyini bildirib. Bundan sonra Polşanın müvəqqəti işlər vəkili bu sammitin İrana qarşı yönəlmədiyini bəyan edib. XİN-dən isə ona bu cavabın yetərli olmadığını, Polşanın bu iş üçün təcili tədbirlər görməsi gərəkdiyini, əks təqdirdə Tehranın cavab addımları atacağını söyləyib.

Qeyd edək ki, Yaxın Şərq sammiti ABŞ-ın təşəbbüsüylə baş tutacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.