Dünya

İtaliyalı kommunist-terrorçu Boliviyada tutuldu

13 Yanvar 2019 13:46
1 Şərh     Baxış: 403

Ölkəsində ömürlük həbs cəzasına məhkum edilmiş italiyalı terrorçu Çezare Battisti Boliviyada saxlanılıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Infobae" portalı yazıb.

"İtaliyalı terrorçu Çezare Battisti Boliviyada axşam saxlanılıb (şənbə günü) və İtaliya məhkəməsinin qərarına müvafiq olaraq ömürlük həbs cəzasını çəkmək üçün tezliklə Braziliyaya, oradan da yəqin ki, İtaliyaya göndəriləcək", - deyə portal Braziliya prezidentinin müşaviri Filipe Martinsə istinadən qeyd edib.

"Kommunizm naminə silahlı proletarlar" solekstremist təşkilatının lideri olan Battisti İtaliyada 1977-1979-cu illərdə törədilmiş 4 qətlə görə ömürlük həbs cəzasına məhkum edilib.

Milli.Az 

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Raul · 13 Yanvar 15:2501

    Vallah gülməyim gəlir. Artıq Kammunistlərdə terrorçu kimi tanınır. Onda özünüzü Savet vətəndaşlarından qoruyun.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.