Dünya

Türkiyədə ağır qəza: kömək etmək istəyənləri də maşın vurdu - 2 ölü, 3 yaralı

13 Yanvar 2019 12:58
1 Şərh     Baxış: 607

Türkiyənin Konya şəhərində yük maşını qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, idarəetmənin itirilməsi səbəbindən aşan yük maşının sürücüsü yaralanıb.

Bildirilir ki, hadisənin şahidləri yaralı sürücüyə kömək etmək istəyərkən onları maşın vurub. İnsident nəticəsində yaralanan 5 nəfər hadisə yerinə gəlmiş təcili yardım briqadaları tərəfindən şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.

Məlumata əsasən, yaralananlardan 2-si xəstəxanayada dünyasını dəyişib. Yük maşınının sürücüsü və digər yaralanan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Sürücüyə kömək etmək istəyən insanları vuran avtomobilin sürücüsünün spirtli içki qəbul etdiyi müəyyən edilib.

Milli.Az 

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ququ · 13 Yanvar 14:1000

    Neyive lazimdi men yolda gorsemki adam vuruf tez qacaram yolda masin meni vurar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.