Dünya

Tramp Rusiya ilə münasibətin düzələcəyini deməklə... - Rus senator

13 Yanvar 2019 12:34
0 Şərh     Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da Trampa qarşı "cadugər ovu" davam edərkən ikili münasibətlərin düzəlməsi gözlənilmir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı senator Konstantin Kosaçev ABŞ Prezidenti Donald Trampın Rusiya ilə münasibətlərin yaxın gələcəkdə düzəlməsi barədə sosial şəbəkədəki paylaşımını Sputnik-ə şərh edərkən deyib. O bildirib ki, sözügedən açıqlama şübhəsiz Rusiya üçün deyil:

"Trampın bu sözləri ABŞ-ın daxilindəki müxaliflər üçün hazırlanıb və oradakı əsas fikir "Rusiyaya qarşı digərlərindən daha sərt oldum" sözləridir".

Qeyd edək ki, FTB-nin Donald Trampın Rusiya ilə münasibətlərini gizli şəkildə araşdırması barədə yayılan məlumatdan sonra Tramp Tvitter hesabında Rusiyaya qarşı hər zaman sərt mövqedə olduğunu bildirərək, gələcəkdə münasibətlərin düzələcəyinə ümid etdiyini vurğulamışdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.