Dünya

239 nəfərin öldüyü təyyarə 5 il sonra tapıldı

13 Yanvar 2019 12:10
3 Şərh     Baxış: 3 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2014-cü ilin martında Çinin paytaxtı Pekinə səfər edərkən qəzaya uğrayan Malayziya Hava Yollarına aid sərnişin təyyarəsi tapılıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Malayziyanın rəsmi qurumları 5 ildir itən sərnişin təyyarənin tapıldığını açıqlayıb. Yayılan məlumatları təsdiqləyən Malayziya Baş naziri Nəcib Rəzaq təyyarənin qalıqlarının Hind okeanında tapıldığını deyib.

Qeyd edək ki, 2014-cü ilin martında Malayziyanın paytaxtı Kuala Lumpur şəhərindən Pekinə uçan MH370 sərnişin təyyarəsinin Hind okeanı üzərində qəzaya uğraması nəticəsində 239 nəfər həlak olub. Bu günə qədər haqqında heç bir məlumat olmayan təyyarənin hansı səbəbdən qəzaya uğraması məlum deyil.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.