Dünya

Paşinyanı devirmək istəyən general Qarabağa qaçdı

13 Yanvar 2019 11:34
0 Şərh     Baxış: 1 675

Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanı devirmək istəyən Ermənistanın müdafiə nazirinin keçmiş müavini general Manvel Qriqoryan Eçmiədzindəki aksiyalardan sonra Qarabağa qaçıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, yanvarın 11-dən Manvel Qriqoryanın yenidən həbs olunması tələbi çıxış edən aksiya iştirakçıları sabah da etirazları davam edirəcəklərini bəyan ediblər. Hava limanına aparan yolu kəsən etirazçılar generalın Eçmiədzini tərk etməsinə nail olublar.
Manvel Qriqoryanın Hadrut rayonundakı evinə getdiyi bildirilir.

Erməni KİV-nin yazdığına görə, Manvel Qriqoryan həbsinə dair tələbə "Əgər məni yenidən həbs etmək fikrinə düşsələr, məhkəməyə gəlməkdən imtina edəcəyəm, çünki artıq başqa bir respublikadayam", - deyə reaksiya verib.

Qeyd edək ki, general Manvel Qriqoryan arvadı Nazik Əmiryan vasitəsilə iki avtomobil dolu mal əti konservini aradan çıxarmağa cəhd göstərmiş, İrəvanın Taronts küçəsində üzərində "Əsgər payı. Satış üçün deyil" markalanması olan 2980 qutu mal əti konservi ilə yüklənmiş "UAZ" və "Qaz" avtomobilləri Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsininin əməkdaşları tərəfində saxlanılmışdı.

Həbs edilən Manvel Qriqoryan dekabrın 21-də girov müqabilində sərbəst buraxılıb. Qriqoryanın həbsdən buraxılmasından xəbərsiz olduğunu deyən Nikol Paşinyan məsələ ilə maraqlanacağını bildirib. Baş Prokurorluq isə məhkəmə qərarından apellyasiya şikayəti verib. 19 iyun 2018-ci ildə qanunsuz olaraq külli miqdarda silah saxlamaqda və mənimsəmədə ittiham olunaraq həbsə atılan erməni generalın rüşvət müqabilində azadlığa çıxdığı barədə iddialar var. O, həmçinin dövlət çevrilişində cəhddə ittiham olunur.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.