Dünya

Almaniyada təyyarə qəzaya uğrayıb, ölənlər var

13 Yanvar 2019 00:17
0 Şərh     Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada "Vulcanair" təyyarəsi qəzaya uğrayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Pretçel kommunasında, Brandenburq federal torpağında qeydə alınıb.

Hadisə zamanı təyyarədə iki nəfər olub. Onlar qəza nəticəsində həlak olub.

Qəzanın səbəbi hələ məlum deyil. Polis nümayəndəsi insidentlə bağlı araşdırma aparıldığını bildirib.

Daha əvvəl Almaniyada "Cessna" təyyarəsi aerodromda bir neçə nəfərə çırpılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.