Dünya

Ukrayna Rusiyaya qarşı Türkiyədən dronlar alır

12 Yanvar 2019 21:02
1 Şərh     Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Türkiyədən "Bayraqdar TB2" model dronlar alır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu məlumatı Ukrayna Prezidenti Petro Poroşenko özünün Feysbuk hesabında yayıb.

O əlavə edib ki, əldə olunan razılığa əsasən, Ukrayna Türkiyədən "Bayraqdar TB2" model 12 ədəd dron alacaq.

Prezident bununla əlaqədar artıq Türkiyə tərəfi ilə anlaşma imzalandığını da ifadə edib.

Poroşenko bu model dronların əməliyyat və taktiki döyüşlərdə yüksək texnoloji imkanlara malik olduğunu, habelə zirehli texnika, dənizdəki hədəfləri məhv etmək imkanı olduğunu qeyd edib.

Ukrayna ordusunun NATO standartları çərçivəsində yeni silahlar əldə edəcəyini söyləyən prezident əlavə edib ki, Türkiyə ilə əldə edilən razılaşma iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın bir hissəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.