Dünya

Tanınmış bakılı Rusiyada baş nazirin müavini təyin edildi

12 Yanvar 2019 17:38
1 Şərh     Baxış: 2 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakılı Roman Simanduyev Rusiya prezidenti yanında Başkortostanın səlahiyyətli nümayəndəsi vəzifəsinin icraçısı - respublika baş nazirinin müavini təyin edilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə fərmanı regionun rəhbəri səlahiyyətlərini icra edən Radi Xabirov imzalayıb. 

R.Simanduyev bu vəzifədə digər həmvətənimizi - Başkortostan rəhbərinin sənaye və yanacaq-energetika kompleksi məsələləri üzrə müşaviri təyin olunmuş Fərhad Səmədovu əvəz edib.
Roman Simanduyev 1964-cü ildə Bakıda doğulub.

Moskva Toxuculuq İnstitutunu və Moskva Hüquq İnstitutunu bitirib. 2005-2017-ci illərdə RF prezidentinin daxili siyasət idarəsinin referenti olub.

Fərhad Səmədov 1959-cu ildə Gürcüstanın Qardabani rayonunda doğulub. V.V.Kuybışev adına Moskva Mühəndis-İnşaat İnstitutunu bitirib. Əmək fəaliyyətinə Azərbaycanda başlayıb. 2003-cü ildə Başkortostana köçüb, "Başneft" şirkətinin neft-kimya departamentinin direktoru, "Birləşmiş Neft Kimya şirkəti" səhmdar cəmiyyətinin prezidenti olub.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.