Dünya

ABŞ-da "şatdaun" davametmə müddətinə görə rekordu yeniləyib

12 Yanvar 2019 16:10
0 Şərh     Baxış: 266

ABŞ-da "şatdaun" (büdcə olmaması səbəbindən federal müəssisələrin işinin müvəqqəti ixtisarı) davametmə müddətinə görə rekordu yeniləyib.

Milli.Az bildirir ki, "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hazırda nə Ağ Ev, nə də Konqres bir-birinə güzəştə getmək niyyətində deyil.

Belə ki, Prezident Donald Tramp sərhəd təhlükəsizliyinin gücləndirilməsinə, o cümlədən Meksika sərhədində qanunsuz miqrantların qarşısını almaq üçün divar inşasına 5,6 milyard dollarlıq büdcə layihəsini imzalamağı rədd edir, Konqresə noyabrda keçirilən aralıq seçkilərdən sonra Nümayəndələr palatasında üstünlüyə yiyələnən Demokratlar Partiyası isə divar inşası məsələsini qəbul etməyərək indiki böhranın süni olduğunu bildirir.

Belə bir vəziyyətdə D.Tramp Konqres üzərindən lazımi maliyyə əldə etmək üçün sərhəddə fövqəladə vəziyyət tətbiq etməyi düşünsə də, belə bir addım atılarsa, administrasiyanın dərhal məhkəmə qarşısına çıxarılacağı ehtimalının yüksək olduğu, Konqreslə münasibətlərinin daha da korlanacağı şəksizdir.

İndiyədək ən uzunmüddətli "şatdaun" 1995-1996-cı illərdə baş vermiş və 21 gün davam etmişdi. Hazırkı "şatdaun" isə artıq 22 gündür davam edir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.