Dünya

Ermənistanda toqquşma: polislə etirazçılar üz-üzə gəldilər

12 Yanvar 2019 15:08
0 Şərh     Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda general Manvel Qriqoryanın həbs olunması tələbilə növbəti aksiya baş verib.

Mili.Az musavat.com-a istinadən xəbər verir ki, aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verib.

Etirazçılar hava limanına aparan yolu kəsdiyi üçün polislər aksiyaya müdaxilə edib, bundan sonra toqquşma başlayıb.

Qeyd edək ki, M.Qriqoryan İrəvan məhkəməsinin qərarı ilə 21 dekabr 2018-ci ildə girov qarşılığında həbsdən azad olunub, bu da etirazlara səbəb olub. Baş Prokurorluq da öz növbəsində apelyasiya şikayəti verib. Qriqoryan külli miqdarda silah saxlamaqda və mənimsəmədə ittiham olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.