Dünya

Fransada 240 nəfər saxlanılıb

13 Yanvar 2019 08:36
1 Şərh     Baxış: 388

"Sarı jiletlər"in dünən Fransada keçirilən növbəti etiraz aksiyalarında saxlanılanların sayı 240 nəfər olub. Milli.Az Trend-ə istinadən bildirir ki, bir sıra şəhərlərdə, o cümlədən paytaxt Parisdə aksiyalar iğtişaşlarla müşayiət olunub. Parisdə gün ərzində saxlanılan 120 nəfərdən 74-ü həbs edilib. Onlar hüquq mühafizə orqanları əməkdaşlarına qarşı güc işlətməkdə və qadağan olunmuş silah gəzdirməkdə təqsirləndirilir.

Parisdə Zəfər tağının yaxınlığında yerləşən prospektlərdə nümayişçilərlə polis arasında qarşıdurma baş verib. Polislər onlara atılan daşlara cavab olaraq gözyaşardıcı qaz və su şırnaqları tətbiq ediblər.

Son məlumata görə, etiraz aksiyalarında ümumilikdə 84 min nəfər iştirak edib. Ötən şənbə aksiyalarına nisbətən iştirakçıların sayında xeyli artım olub.

Fransada miqyaslı etirazlar ötən il noyabrın 17-də yanacaq vergilərini və benzinin qiymətini qaldırmamaq tələbi ilə başlayıb.

Xatırladaq ki, bu, artıq 9-cu şənbədir ki, "sarı jiletlər" Parisdə və ölkənin digər şəhərlərində nümayişlərə çıxırlar.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    aki2 · 13 Yanvar 10:0310

    allah yardimciniz olsun amin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.