Dünya

Tramp xaricdən gələn ixtisaslı işçilərə viza verilməsini sadələşdirmək niyyətindədir

13 Yanvar 2019 02:30
0 Şərh     Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp özünün tvitter səhifəsində yazıb ki, onun administrasiyası yüksəkixtisaslı əcnəbi mütəxəssisləri ABŞ-da işə cəlb etmək məqsədilə onlara H-1B vizası verilməsi siyasətinə yenidən nəzər salmağı planlaşdırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Trampın bəyanatında deyilir: "Birləşmiş Ştatlarda H-1B vizası olan şəxslər əmin ola bilərlər ki, yaxın vaxtlarda bu sahədə ediləcək dəyişikliklər sayəsində həmin şəxslərin ABŞ-da yaşamasına, o cümlədən potensial vətəndaşlıq əldə edəcəyinə əminliyi təmin olunacaq. Biz ABŞ-da karyera qurmaq istəyən istedadlı və yüksəkixtisaslı insanları həvəsləndirmək istəyirik".

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi hələ 2018-ci il noyabrın axırlarında bəyan edib ki, ABŞ-ın təhsil müəssisələri tərəfindən verilmiş magistr diplomu və daha yuxarı səviyyəli sənədləri olan əcnəbilərə üstünlük veriləcək.

Məlum olduğu kimi, H-1B proqramı Amerika şirkətlərinə informasiya texnologiyaları, tibbi xidmətlər, neft sənayesi və başqa sahələr üzrə yüksəkixtisaslı mütəxəssisləri işə cəlb etməyə imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.