Dünya

Parisdə güclü partlayış: 4 nəfər ölüb, 47-sı xəsarət alıb - YENİLƏNİB - VİDEO - FOTO

12 Yanvar 2019 21:56
0 Şərh     Baxış: 3 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:56

Parisdə qaz sızması nəticəsində baş verən partlayışda 50 nəfərə yaxın xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu daxili işlər naziri Kristof Kastaner deyib.

Daha əvvəl prefektura 2 nəfərin həlak olduğunu bildirmişdi.

Bu saata olan məlumata əsasən, iki nəfər ölüb. 10 nəfər, həmçinin 1 nəfər yanğınsöndürən ağır vəziyyətdədir. 37 nəfər orta ağır vəziyyətdədir. Bunu Kastaner "Twitter" sosial şəbəkəsində yazıb.

Daxili işlər naziri həm də partlayış qurbanlarının ailələrinə dəstək göstərib.

19:41

Parisdə baş verən partlayışda xəsarət alanların sayı artıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Fransanın daxili işlər naziri Kristofer Kastaner özünün "Twitter" səhifəsində bildirib.

O, qeyd edib ki, yaralılardan 10-unun vəziyyəti ağırdır. Onlardan biri ağır vəziyyətdədir. Daha 37 nəfərin vəziyyəti orta ağırdır. Beləcə, yaralıların sayı 47 nəfərə çatıb.

DİN rəhbəri partlayışda ölənlərin ailələrinə dəstəyini ifadə edib.

16:36

Parisdə çörək məmulatları sexində qaz sızması nəticəsində baş verən güclü partlayış nəticəsində 4 nəfər ölüb. 

Milli.Az "Report"a istinadən bildirir ki,  bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner məlumat verib. 

Onun sözlərinə görə, 12 nəfəri ağır olmaqla 36 nəfər xəsarət alıb. 

Ölənlərdən 2-si yanğınsöndürəndir. 

---------
15:58

Parisdə çörəkbişirmə müəssisəsində baş verən güclü partlayış nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir. Hökumət rəsmiləri hadisə yerinə baş çəkiblər.

----------
13:33

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin mərkəzi hissəsində çörəkbişirmə müəssisəsində baş verib.

İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə nəticəsində 1-i yanğınsöndürən olmaqla, 15 nəfərin yaralandığı deyilir.

----------
13:17

Milli.Az Mirror-a istinadla xəbər verir ki, partlayışa qaz sızması səbəb olub.

İlkin məlumata görə, şirniyyat evində baş verən hadisə nəticəsində 10 nəfər xəsarət alıb

----------
12:40

Fransada partlayış olub.

Milli.Az bildirir ki, Sputniknews-un son dəqiqə xəbərinə görə Parisdə, Rue de Trévise küçəsində güclü partlayış səsi eşidilib.

Fotolara görə, partlayış yaşayış binasının birinci mərtəbəsində baş verib, sonra da yanğın başlayıb.

Hələlik hadisənin təfərrüatı, itkilər barədə məlumat yoxdur.

Əraziyə yanğınsöndürmə və təcili tibbi yardım briqadası cəlb olunub.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
В результате взрыва в центре Парижа есть пострадавшие

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.