Dünya

İranda 12 nəfərin mindiyi avtomobil qəzaya uğradı: 2 ölü, 9 yaralı

12 Yanvar 2019 11:19
0 Şərh     Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Kirman vilayətinin Rabor-Hənza yolunda "Peugeot 405" markalı avtomobil qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Kirman vilayətinin Rabor rayonu hüquq-mühafizə orqanının rəisi polkovnik Həmid Nasiri bildirib ki, qəza nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb. Ümumilikdə avtomobildə 12 nəfərin olduğu bildirilir.

H.Nasirinin sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb. Yaralıların Əfqanıstan vətəndaşları olduğu bildirilir.

İlkin ehtimal olaraq hadisənin yüksək sürət səbəbindən baş verməsi qeyd edilir. Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.