Dünya

ABŞ Maduronun prezidentliyini tanımadığını açıqladı

12 Yanvar 2019 10:56
0 Şərh     Baxış: 404

ABŞ Venesuelada Nikolas Maduronun prezidentliyini tanımır və bu ölkənin rəhbərliyinə təzyiq etmək üçün bütün tədbirləri görəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib.

"Birləşmiş Ştatlar Venesuela diktatoru Nikolas Maduronun qanunsuz hakimiyyət iddialarına qarşı çıxır. Onun 2018-ci ilin may ayındakı "seçkilər"ini bütün dünya qeyri-azad, qeyri-dürüst, etimada layiq olmayan sayıb. Biz qanunsuz Maduro rejiminin öz rəhbərlərini azad seçmək haqqını ucadan tələb edən bütün venesuelalıların təhlükəsizliyinə birbaşa cavabdeh olduğunu düşünür və Venesuelada demokratiyanı bərpa etmək üçün ABŞ-ın bütün iqtisadi və diplomatik qüdrətini bundan sonra da işə salacağıq", - deyə Ağ Ev rəsmisinin yazılı bəyanatında qeyd olunub. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.