Dünya

Gürcüstanda cinayətkarlıq 58 faiz artıb

12 Yanvar 2019 08:58
0 Şərh     Baxış: 266

Gürcüstanda 2018-ci ilin 11 ayında qeydə alınmış cinayətlərin sayı əvvəlki illə müqayisədə 58 faiz artıb. Ötən il polis orqanları 53 min 637 cinayət hadisəsi qeydə alıb.

Cinayətlərin üstünün açılması da 2017-ci il ilə müqayisədə 19,71 faiz azalaraq 34,43 təşkil edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında deyilir ki, şəxsi mülkiyyətə qarşı törədilmiş cinayətlər birinci yerdədir. Ötən il 22 min 524 belə fakt qeydə alınıb. Bu da 2017-ci illə müqayisədə 81 faiz çoxdur. Bu cinayətlərin cəmi 24 faizinin üstü açılıb.

Ötən ilin 11 ayında 17 min 556 oğurluq faktı qeydə alınıb. Oğurluq cinayətlərinin cəmi 22 faizinin üstü açılıb.

2018-ci ildə qəsdən adam öldürmə halları da 3 faiz artaraq 69 fakt təşkil edib və polis bu cinayətlərdən yalnız 45-nin üstünü aça bilib. 2017-ci ildə isə belə ağır cinayətlərin 85 faizinin üstü açılıb.

Ailə zorakılığı ilə bağlı başlanılmış cinayət işlərinin sayı 2017-ci illə müqayisədə 123 faiz artaraq 4 min 418 fakt təşkil edib.

DİN-in məlumatına görə, 2018-ci ilin yanvar-noyabr aylarında kiber cinayətkarlıq 2017-ci illə müqayisədə 151 faiz artaraq 1051 fakt təşkil edib. Bu cinayətlərin də cəmi 8,75 faizinin (92 fakt) üstü açılıb.

Rüşvət və korrupsiya ilə bağlı qeydə alınmış cinayətlərin sayı da 34 faiz artaraq 601 fakt təşkil edib.

Nazirliyin məlumatına görə, narkotiklərlə bağlı cinayətlərin sayı 2018-ci ilin 11 ayında 13 faiz azalaraq 3 961 fakt olub. Narkotiklərlə bağlı cinayətlərin 83 faizinin üstü açılıb. 2017-ci ildə isə bu rəqəm 91 faiz olub.

Nazirlik 2018-ci ildə qeydə alınmış cinayətlərin tam statistikasının yanvarın sonunda ictimaiyyətə təqdim edəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.