Dünya

Ukraynada 3350 nəfər yol qəzasında həyatını itirib

12 Yanvar 2019 08:28
0 Şərh     Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ildə Ukraynada gündə orta hesabla 9-10 nəfər yol qəzasında həyatını itirib. Hesabat ilində 3350 nəfər yol qəzalarının qurbanı olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə mətbuata Ukraynanın Patrul Xidməti Departamentinin birinci müavini Aleksey Biloşpitskiy məlumat verib.

2018-ci ildə yol qəzalarında ölənlərin sayı 2017-ci illə müqayisədə 82 nəfər azdır. 150120 yol qəzası baş verib ki, nəticədə 30884 nəfər xəsarət alıb. Yol qəzasında xəsarət alanların sayı 2017-ci illə müqayisədə 2926 nəfər azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.