Dünya

Kanadada ikimərtəbəli avtobus qəzaya uğrayıb: 3 ölü, 25 yaralı - VİDEO - FOTO

12 Yanvar 2019 09:11
0 Şərh     Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

09:11

 Cümə günü Kanadanın paytaxtı Ottava şəhərində ikimərtəbəli marşrut avtobusun dayanacağa girməsi nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.

Milli.Az bildirir ki, "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, avtobusun sürücüsü saxlanılıb.

Şəhər merinin məlumatına görə, insanlardan ikisi avtobusun içində, biri isə dayanacaqda ölüb. Onun sözlərinə görə, avtobusun ikinci mərtəbəsi əzilib, orada olan insanlar bir müddət çıxılmaz vəziyyətdə qalıblar.

Nəqliyyat xidmətinin nümayəndəsi avtobusun texniki vəziyyəti ilə bağlı heç bir irad olmadığını bildirib.

Daha əvvəl Kubanın Quantanamo vilayətində avtobusun aşması nəticəsində 7 nəfər ölüb, 33 nəfər yaralanıb.

----------
07:05

Kanadanın paytaxtı Ottavada ikimərtəbəli avtobusun qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 22 sərnişin yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, xəsarət alanlardan bir neçə nəfər kritik vəziyyətdədir. Qəza yerli vaxtla 16:00-da baş verib.

Yayılan videogörüntülərdə avtobusun dayanacağa çırpıldığı görünür. Hadisə yerinə 30-a yaxın təcili tibbi yardım maşını, polis və xilasedicilər cəlb olunub

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Kanadada ikimərtəbəli avtobus qəzaya uğrayıb: 3 ölü, 25 yaralı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.