Dünya

Makedoniya parlamenti ölkənin adının dəyişdirilməsini təsdiq edib

11 Yanvar 2019 23:27
0 Şərh     Baxış: 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Makedoniyalı parlament üzvləri ölkə Konstitusiyasına dəyişikliklərin daxil edilməsini təsdiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, dəyişikliklərə əsasən ölkənin adı "Makedoniya Respublikası"ndan "Şimali Makedoniya Respublikası"na dəyişdiriləcək.

Düzəlişləri 81 (ümumi sayın üçdə ikisi) deputat dəstəkləyib.

Xatırladaq ki, Yunanıstan hakimiyyəti iyunun 17-də Makedoniya Respublikası ilə saziş imzalayıb. Saziş artıq 25 ildən çox sürən keçmiş Yuqoslav ölkəsinin adı ətrafında problemin həllini nəzərdə tutur. Yunanıstan ölkənin cənubunda yerləşən Makedoniya vilayəti ilə qarışıqlığın olmaması üçün, keçmiş Yuqoslav ölkəsinin adının dəyişdirilməsini tələb edib.

Qeyd edək ki, ölkələr arasında saziş Skopye üçün NATO və Avropa İttifaqına yol açır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.