Dünya

Böyük Britaniya plastik torbalara tətbiq olunan vergini ikiqat artıracaq

12 Yanvar 2019 23:35
0 Şərh     Baxış: 556

Xalq arasında "torba vergisi" adlandırılan bu verginin tətbiqinə qədər britaniyalılar ildə orta hesabla adambaşına 140 plastik paket işlətdikləri halda, verginin tətbiqindən sonra bu göstərici 19-a enib.

Milli.Az moneta.az-a istinadən bildirir ki, Böyük Britaniya hökuməti ətraf mühitin qorunması tədbirləri çərçivəsində plastik torbalar üçün tutulan vergini 10 pensə qaldırmağı planlaşdırır. Bu torbalar üçün verginin tətbiqinə 2015-ci ildə başlanılıb və hazırda hər torba üçün vergi 5 pens (11 qəpik) təşkil edir. Böyük Britaniyanın ətraf mühit naziri Maykl Houv deyib: "Biz indiyədək dövriyyədən 15 milyard plastik torba çıxarmışdıq və bunu davam etdirmək istəyirik".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.