Dünya

Türkiyə ABŞ-ın sorğusunu qəbul etməyib

11 Yanvar 2019 20:30
0 Şərh     Baxış: 555

Türkiyə tətbiq olunan əlavə gömrük rüsumları ilə bağlı mübahisəni araşdırmaq üçün Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində hakimlər qrupu yaratmaq barədə ABŞ-ın sorğusunu qəbul etməyib.

Milli.Az bildirir ki, "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, həmin sorğu ÜTT-nin Mübahisələrin həlli bölməsinin iclasında irəli sürülüb. 

Yanvarın 28-də kerçiriləcək növbəti iclasda təkrar sorğu verilə bilər.

Qeyd edək ki, ötən il martın 23-də ABŞ Türkiyə də daxil olmaqla bəzi ölkələrdən polad idxalına 25 faiz, alüminium idxalına 10 faiz əlavə gömrük rüsumu tətbiq etmişdi. Bununla bağlı Türkiyənin polad məhsulları rəqabətdə xeyli zəifləyərək ABŞ bazarında mövqeyini itirmişdi. İyun ayında ABŞ bütün ölkələrə eyni rüsum tətbiq etməyə başlayanda isə Türkiyə də əldən verdiyi bazarlarda əvvəlki mövqelərini bərpa etməyə başlayıb.

Eyni zamanda avqustun 13-dən ABŞ Türkiyədən polad və alüminium idxalına rüsumları ikiqat artıraraq müvafiq olaraq 50 və 20%-ə çatdırmışdı.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.