Dünya

Almaniyalı nazirin təyyarəsi Afrikaya səfəri zamanı xarab oldu

11 Yanvar 2019 20:00
0 Şərh     Baxış: 453

Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf məsələləri üzrə naziri Qerd Müller Afrika ölkələrinə turnesinin sonunda Zambiyadan vətənə Afrika aviaşirkətinə məxsus təyyarə ilə qayıtmağa məcbur olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna səbəb nazirin təyyarəsində texniki nasazlığın baş verməsi olub.

Bu barədə "Twitter" səhifəsində idarənin mətbuat katibi Olaf Doçbayn deyib.

Qeyd edək ki, almaniyalı nazir Afrikada "Bombardier Global 5000" təyyarəsində turnesini həyata keçirib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.