Dünya

Ermənistanda müdafiə nazirinin keçmiş müavininin yenidən həbsi tələb edilir

11 Yanvar 2019 18:43
0 Şərh     Baxış: 610

Ermənistanda müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın girov qarşılığında zaminə buraxılmasına qarşı Eçmiadzin şəhərində etiraz aksiysı keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, onlar aksiyanı yanvarın 11-də saat 16:00-da ölkənin Apellyasiya Məhkəməsinin binası qarşısında keçirməyə çağırıb.

"Aksiya məhkəmə binasının qarşısında olacaq. Biz Manvel Qriqoryana qarşı həbs qətimkan tədbirinin seçilməsini tələb edəcəyik", - deyə Civan Abramyan adlı aksiya iştirakçısı bildirib.

Qeyd edək ki, dekabrın 21-də Manvel Qriqoryan 52 min dollar (25 milyon dram) məbləğində girov qarşılığında zaminə buraxılıb. O, zaminə buraxılandan sonra etiraz aksiyası keçirilmişdi. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.