Dünya

"Donuz qripi”nə qarşı dərman vətəndaşlara pulsuz veriləcək

11 Yanvar 2019 17:44
3 Şərh     Baxış: 1 225

Gürcüstanda A (H1N1) virusuna ("donuz qripi") qarşı "Tamiflu" dərman preparatı əhaliyə pulsuz veriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu təşəbbüslə Gürcüstanın Baş naziri Mamuka Baxtadze çıxış edib.

Təşəbbüsə əsasən, dərman vasitəsi yanvarın 12-dən etibarən yalnız risk qrupuna daxil olan vətəndaşlara deyil, bütün vətəndaşlara ödənişsiz təqdim olunacaq.

Gürcüstanın ictimai sağlamlıq mərkəzləri ilə yanaşı, 24 saat işləyən poliklinikalar da dərmanın paylanılmasında iştirak edəcəklər. Həkimlər yalnız pasiyentin diaqnozu təsdiq olunandan sonra dərmanı vermək hüququna malik olacaqlar.

Bundan başqa, apteklərin satış üçün əldə etdiyi "Tamiflu" dərman preparatlarının ehtiyatlarını Gürcüstanın Məcburi Köçkünlər, Səhiyyə və Sosial Müdafiə Nazirliyi satış qiymətinə alacaq.

Bu vaxta qədər "Tamiflu" dərman vasitəsi ödənişsiz olaraq həkim resepti əsasında yalnız risk qrupunda olan sosial təminatsız, təqaüdçülər, hamilə qadınlar, xroniki xəstəlikləri olan şəxslərə verilirdi.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda 14 nəfər "donuz qripi"ndən ölüb. 

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Nardaşa · 11 Yanvar 18:2811

    Nikulin demiş :-a kompot ? Bəs bizdə ? ...

    Cavab yaz
    • Anonim
      Adi insan · 11 Yanvar 23:0400

      18.28.Soylu demiw :-neynirler eee bizi.

      Cavab yaz
    • Anonim
      Nardaşa · 11 Yanvar 23:3100

      Nikulin yox!Aleksey Smirnov!

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.