Dünya

Paşinyanın yalanı ORTAYA ÇIXDI

11 Yanvar 2019 23:37
0 Şərh     Baxış: 1 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan 2018-ci ildə ölkədə inflyasiya səviyyəsinin 1,8 faiz olduğunu bildirərək, bu haqda sevinclə danışıb. Lakin erməni siyasətçilər Paşinyanın yalan danışdığını sübut ediblər.

Milli.Az xəbər verir ki, keçmiş baş nazir Qrant Baqratyan Paşinyanın rəqəmlərlə oynadığını, ictimaiyyəti aldatdığını bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə Ermənistanda inflyasiya səviyyəsi 1,8 faizdən çox olub.

"Paşinyan diqqətli olsaydı inflyasiya səviyyəsinin 2,5 faiz olduğunu görərdi. 2018-ci ildə erməni istehlakçılar mal və xidmətlərə 2017-ci illə müqayisədə 2,5 faiz daha çox pul ödədilər. Hətta Paşinyanın dediyi kimi, inflyasiya 1,8 faiz olsa belə, buna sevinmək olmaz", - deyə o bildirib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.