Dünya

FAO: 2018-ci ildə dünyada ərzağın qiymətləri 3,5 faiz ucuzlaşıb

11 Yanvar 2019 22:06
2 Şərh     Baxış: 427

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi 2018-ci ildə 168,4 bənd təşkil edib. Bu da 2017-ci ilin göstəricisindən 3,5 faiz azdır və 2011-ci ildə qeydə alınmış rekord səviyyədən (230 bənd) təqribən 27 faiz aşağıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ötən il ən çox şəkərin qiymətləri düşüb, bitki yağları, ət və süd məhsulları ucuzlaşıb, lakin taxıl məhsullarının qiymətləri bahalaşıb.

2018-ci ilin dekabrında indeks 161,7 bənd təşkil edib və noyabr göstəricisi ilə müqayisədə, demək olar, dəyişməyib.

Dekabr ayında taxıl məhsullarının qiymətlər indeksi 167,1 bənd təşkil edib ki, bu da noyabrın göstəricisindən 3 bənd (1,8 faiz), 2017-ci ilin dekabrının göstəricisindən 9,6 faiz yüksəkdir. Argentinada yağıntının vaxtsız düşməsi nəticəsində məhsula görə yaranan narahatlıq fonunda, habelə Rusiyadan idxalın azalması səbəbindən dekabrda buğdanın qiymətləri artıb. Lakin ixrac bazarlarında kəskin rəqabət qiymətlərin artmasının qarşısını alıb.

2018-ci ildə taxıl məhsullarının qiymətlər indeksi 165 bənddən bir qədər çox olub ki, bu da 2017-ci ildəkindən 9 faiz çoxdur, lakin 2011-ci ildə qeydə alınmış pik qiymətlərdən 31 faiz aşağıdır. Dünyada buğda və qarğıdalının istehsal həcminin azalması 2018-ci ildə onların qiymətlərinin artmasına səbəb olub. Lakin bütün əsas taxıl məhsulları üçün təkliflərin ümumi həcmi çox yüksək olub. FAO ekspertləri bildirirlər ki, onların ehtiyatı əvvəlki qədər böyükdür. Dekabr ayında bitki yağlarının qiymətlər indeksi 125,8 bənd təşkil edib ki, bu da noyabrdakı göstəricidən 0,5 bənd (0,4 faiz) yüksəkdir. Dekabrda ətin qiymətlər indeksi 163,6 bəndə bərabər olub, noyabrdakı göstəricidən 1,3 bənd (0,8 faiz) yüksək olub. Dekabrda quş əti və mal ətinin qiymətləri cüzi dəyişib, dünyada qoyun əti üçün təyin olunan qiymətlər bir qədər düşüb. Bu da əsasən Okeaniya ölkələrindən ixracın artması nəticəsində baş verib.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    · 11 Yanvar 22:3820

    Azerbaycan öz dünyasında yerlışdiyindən burda qiymət artımı olub.

    Cavab yaz
  • Anonim
    ? · 11 Yanvar 22:4820

    Biz o dünyaya aid deyilik???

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.