Dünya

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 15-ə çatdı - YENİLƏNİB

11 Yanvar 2019 17:40
0 Şərh     Baxış: 1 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:40

Gürcüstanda "donuz qripi"ndən (H1N1 virusu ) ölənlərin sayı 15-ə çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.  

Onun sözlərinə görə, bunu laboratoriya araşdırması da təsdiqləyib. 

Qeyd edək ki, ötən günə olan göstəricilərə görə, Gürcüstanda qripdən xəstəxanaya yerləşdirilənlərin sayı artaraq təxminən 845 nəfər çatıb. Laboratoriya araşdırmaları onlardan 158-nin "donuz qripi"nə yoluxduğunu təsqdiləyib. 

Virusla əlaqədar, Gürcüstan hökuməti məktəb və bağçalarda tədrisin başlaması vaxtını təxirə salmaqla bağlı qərar qəbul edib. Qərar eyni zamanda, universitetlərə də şamil olunub. Lakin bəzi ali təhsil müəssisələri müntəzəm olaraq dezinfeksiya işləri aparacaqlarını bildirərək qərara əməl etməkdən imtina ediblər. Buna baxmayaraq, Tbilisinin bir sıra iri universitetləri Təhsil Nazirliyinin göstərişinə əməl edərək dərsləri yanvarın 21-nə kimi təxirə salıblar. 

-----------
15:50

Gürcüstanın Kutaisi şəhərindəki tibb mərkəzlərindən birində 24 yaşlı gənc ağır qrip virusundan ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, adı açıqlanmayın pasiyentin ölümünə səbəb "donuz qripi" adlandırılan A (H1N1) virusu səbəb olub.

Həkimlər deyib ki, həmin gənc xəstəxanaya gec müraciət edib.

Xatırladaq ki, bu günə qədər qonşu ölkədə "donuz qripi"ndən 13 nəfər ölmüşdü. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.