Dünya

Türkiyədə yenə ƏMƏLİYYAT - 100-dən çox keçmiş hərbçi saxlanıldı

11 Yanvar 2019 14:15
0 Şərh     Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə "FETÖ" terror təşkilatına qarşı keçirilmiş növbəti xüsusi əməliyyatlar çərçivəsində 102 keçmiş hərbçi saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Adanada keçirilmiş əməliyyat zamanı 52 nəfər, İstanbulda isə 50 nəfər saxlanılıb.

Qeyd olunur ki, hərmin hərbçilər "FETÖ" ilə sıx əlaqədə olub və müxtəlif hərbi hissələrlə bağlı məlumatları təşkilatın digər mənsublarına ötürüb.

Xatırladaq ki, daha əvvəl keçirilmiş əməliyyatlar zamanı İstanbulda 103, Ankarada 188 hərbçi saxlanılmışdı.

Ümumilikdə "FETÖ" terror təşkilatı ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrindən 15 mindən çox hərbi qulluqçu azad edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.