Dünya

Kruiz gəmisində 300 nəfər virusa yoluxdu

11 Yanvar 2019 14:24
1 Şərh     Baxış: 1 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Karib dənizində kruiz turu zamanı 300 sərnişin virusa yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə üzə çıxandan sonra gəmi turu yarımçıq qoyaraq, bir gün əvvəl ABŞ-ın Florida ştatına qayıdıb.

Xəstəliyə yoluxan sərnişinlərə tibbi yardım göstərilib, xəstəxanaya yerləşdirilənlər də olub.

Hazırda yoluxmanın səbəbləri və digər təfərrüatlarla bağlı araşdırma aparılır.

Kruizi həyata keçirən şirkət bildirib ki, səyahətin müddətinin azaldılması ilə əlaqədar gəmidə olan 8 minə yaxın sərnişinə təzminat ödəniləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.