Dünya

Taksi sürücüsü özünü avtomobilində yandırdı - FOTO

11 Yanvar 2019 12:44
0 Şərh     Baxış: 1 458

Sürücü "Uber", "Taxify" tipli taksi şirkətlərinə etiraz etmək məqsədilə intihar edib.

Milli.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, Cənubi Koreyada 64 yaşlı kişi "T Carpool" adlanan onlayn taksi şirkətinə etiraz etmək üçün avtomobilinin içərisində özünü yandırıb.

Soyadı mətbuatda Im olaraq keçən kişi şüuru özündə olduğu halda xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

O, ucuz qiymətə taksi xidməti təklif edən "T Carpool"a etiraz etdiyini bildirib və intihar məktubu da yazıb.

Qeyd edək ki, Cənubi Koreyada dekabr ayında da buna bənzər hadisə baş verib. 57 yaşlı taksi sürücüsü 2018-ci ilin dekabrında internet vasitəsi ilə xidmət göstərən taksi şirkətinə etiraz etmək üçün özünü yandırıb.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.