Dünya

Başı kəsilmiş yeniyetmə qızın cəsədi tapıldı - Namus cinayəti, yoxsa təcavüz? - FOTO

11 Yanvar 2019 12:21
1 Şərh     Baxış: 4 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Başı kəsilmiş yeniyetmə qızın cəsədi tapılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Hindistanda bir qızın başı və sinəsinin kəsilərək öldürülməsinə görə etiraz aksiyaları keçirilir.

Aktivistlər üzərində "Anjana üçün ədalət" sözləri yazılan lövhələrlə küçələrə axışıb, ədalətli qərarın verilməsini istəyirlər.

Hindistanın Bihar vilayətinin Gaya qəsəbəsində yaşayan 16 yaşlı Anjana adlı qızın başı və sinəsi kəsilib, üzünə kimyəvi turşu tökülüb.

Qızın anası onun zorlanıb, öldürüldüyünü iddia etsə də, hadisənin namus cinayəti olduğu deyilir.

Polis şübhəli kimi qızın atasını saxlayıb. Ehtimal olunur ki, qız namus cinayətinə qurban gedib.

Milli.Az qızın fotolarını təqdim edir:

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.