Dünya

ABŞ Suriyanı tərk edir - Hərbi texnikanın çıxarılmasına başlanıldı

11 Yanvar 2019 11:26
2 Şərh     Baxış: 631

ABŞ qoşunlarının Suriyadan çıxarılmasına dair plana uyğun olaraq hərbi texnikanın bu ölkədən çıxarılmasına başlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, KİV-lər artıq neçə gündür ki, "yerüstü hərbi texnikanın" ilk partiyasının Suriyadan çıxarılması barədə materiallar dərc edir. İlkin olaraq Suriyanın şimal hissəsindəki qüvvələrin çıxarılacağı bildirilir.

Hərbi qüvvələrin çıxarılması ilə bağlı əməliyyatın həyata keçirlməsi isə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığına həvalə olunub. Çıxarılan hərbi texnika arasında yerüstü hərbi texnika ilə yanaşı, hərbi gəmi, təyyarə və vertolyotların da yer alacağı qeyd olunur.

Qeyd edək ki, ötən ilin dekabrında ABŞ Prezidenti Donald Tramp Pentaqona Suriyadan təxminən amerikalı hərbçilərin çıxarılması ilə bağlı hazırlıq işlərinə başlamağı əmr edib.

Bundan başqa, amerikalı hərbçilər Əfqanıstandan da çıxarılacaq.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Nardaşa · 11 Yanvar 11:3610

    ABŞ da nə gedən kimi gedir ,nə qalan kimi qalır ...Mənə belə gəlirki ,orda bütün oyunlar -,,qovurma qazanı ,,türkün başındadır ,çünki dünya supergücləri türkiyənin hər tərəfli inkişafına hər vəchlə mane olmağa çalışırlar .

    Cavab yaz
  • Anonim
    Raul · 11 Yanvar 13:4300

    Çıxmağı yaxşı oldu. Şeytan gedən kimi hər şey qaydasına düşəcək.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.