Dünya

"Oyananda çılpaq idim" - Ev sahibəsinə qarşı İYRƏNC ƏMƏL - FOTO

11 Yanvar 2019 10:52
2 Şərh     Baxış: 20 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antalyada çılpaq fotolarını çəkdiyi 66 yaşlı ev sahibəsindən şantaj və təhdid yoluyla 150 min lirə aldığı iddia edilən qadın saxlanılıb.

Milli.Az Mynet-ə istinadən xəbər verir ki, 66 yaşlı C.Ç polis idarəsinə gedərək soyğunçuluq və şantaja məruz qaldığını deyib. Fərqli vaxtlarda şübhəlilərə 150 min TL və avtomobilini verdiyini iddia edən C.Ç sonda mənzili istəniləndə polisə şikayət etməli olub.

Qadın "Yuxudan ayılanda çılpaq idim" deyib.

Hadisə ilə bağlı araşdırmaya başlayan polis əməkdaşları, şübhəlilərdən D.S-ni saxlayıblar. Polis əməkdaşları C.Ç-ni şantaj edən Ö.Ş.S, B.H.Ç və kimlikləri təsbit edilməyən 3 şəxsi yaxalamaq üçün araşdırmanı davam etdirirlər.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.