Dünya

Ağlı zəifləyən məşhur aktrisa vəfat edib

11 Yanvar 2019 09:55
0 Şərh     Baxış: 1 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur amerikalı aktrisa Verna Blum dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, aktrisa yanvarın 9-da 80 yaşında vəfat edib.

Mərhumun ailəsi onun son illər demensiyadan (ağlın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi) əziyyət çəkdiyini bildirib.

V.Blum 1939-cu ildə dünyaya gəlib. O, Martin Skorseze və Klint İstvudun çəkdiyi "Küçə səhnəsi", "İşdən sonra" kimi filmlərdəki rolları ilə məşhur olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.