Dünya

Rusiyada məsciddə yanğın olub

11 Yanvar 2019 09:18
0 Şərh     Baxış: 353

Omskda məsciddə yanğın baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, vilayət fövqəladə xidməti yanğının səhər saatlarında başlaması barədə xəbər yayıb.

Yanğının miqyası böyük olduğu üçün hadisə yerinə 7 yanğınsöndürən maşın və 31 canlı qüvvə cəlb edilib.

İnsident nəticəsində xəsarət alanların olması barədə hələ məlumat yoxdur.

Məsciddə yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.