Dünya

Meksika ilə ABŞ sərhədində 21 yandırılmış cəsəd aşkarlanıb

10 Yanvar 2019 22:19
0 Şərh     Baxış: 266

Meksikanın hökumət orqanları ABŞ ilə sərhəddə yerləşən Tamaulipas ştatında 21 yandırılmış cəsəd aşkar ediblər. Bu barədə "Excelsior" qəzeti məlumat yayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yandırılmış cəsədlər narkokartellərin münaqişəsinin qurbanlarıdır. Hadisə Tamaulipas ştatının Migel Aleman şəhəri yaxınlığında törədilib.

Tamaulipas ştatı narkotrafik sistemində əsas regionlardan biridir. Narkokartellər arasındakı münaqişələr səbəbindən orada tez-tez kütləvi qırğınlar törədilir. Hazırda ştatda üç kartel arasında mübarizə gedir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.